Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Amerikalı astronavt qadın orbitdə fasiləsiz qalma rekordu müəyyənləşdirib

Tarix: 29-12-2019 22:02     Baxış: 3209 A- / A+
Amerikalı astronavt qadın orbitdə fasiləsiz qalma rekordu müəyyənləşdirib


ABŞ astronavtı Kristina Koh qadınlar arasında Beynəlxalq Kosmik Stansiyada (BKS) fasiləsiz qalma müddəti üzrə rekord müəyyən edib.

Manevr.az Azərtac-a istinadən bildirir ki, dekabrın 28-də onun BKS-də fasiləsiz qaldığı 289-cu gün tamam olub. Kristina Koh cari il martın 14-dən Beynəlxalq Kosmik Stansiyadadır.

İndiyədək həmin göstərici üzrə rekordu 2017-ci ilin sentyabrından amerikalı Peqqi Uitsonun əlində saxlayırdı. O, orbitdə fasiləsiz olaraq 288 gün qalmışdı.

Bir qədər əvvəl ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Kristina Kohun BKS-də missiyasının 2020-ci ilin fevral ayına qədər uzadıldığı barədə məlumat yaymışdı. Beləliklə, onun orbitdə fasiləsiz qalma müddəti 328 gün təşkil edəcək.

Hazırda Beynəlxalq Kosmik Stansiyada ABŞ astronavtları Endryu Morqan, Kristina Hok və Cessika Meir, rusiyalı kosmonavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, həmçinin Avropa Kosmik Agentliyinin italiyalı astronavtı Luka Parmitano fəaliyyət göstərir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar