Xəbər lenti
Mayalılara aid yeni saray tapılıb

Meksikanın cənub-şərqində Mayalılara aid saray tapılıb.
Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı kəşf ediblər.
Aşkar olunmuş sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.
"Amerikanın səsi" bildirir ki, inşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.
Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.
Kuluba daimi tədqiq edilən və axtarışların aparıldığı arxeoloji ərazidir.
Güdrətli Maya imperiyasının ən düclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































