Xəbər lenti
Türkiyədən erməni terrorçunun azad edilməsinə sərt reaksiya
“Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır”.
Manevr.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci ildə ölkənin Los-Anclesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən terrorçu Xampiq Sasunyanın şərti azadlıq tələbinin qəbul edilməsi haqqında bəyanat yayaraq bildirib. Bəyanatda rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib: “Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”, - Türkiyə XİN-dən bildirilib.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar