Xəbər lenti
Moskvada Stalinin limuzinini oğurlayıb, sahibinə ismarıc yolladılar
Hazırda 2,5 milyon avro (4725000 AZN) dəyərində qiymətləndirilən Stalinin limuzini Rusiyanın paytaxtından oğurlanıb.
Bu barədə Qazeta.ru xəbər yayımlayıb.
Nəşrin məlumatına görə, altı nəfər qaraja girərək işlək vəziyyətdə olmayan ZİS markalı maşını saxta dövlət qeydiyyat nişanlı evakuatora mindirərək naməlum istiqamətə aparıb.
Oğurluqdan sonra isə limuzinin hazırkı sahibinin mobil telefonuna bu barədə SMS yollayıblar.
Sənədlərə görə, bu avtomobil ukraynalı oliqarxlardan birinin təhlükəsizlik xidmətinin rəhbəri Ruslan Tarpana məxsusdur. Avtomobil sahibi hazırda öz vətənində ev həbsindədir. İsmarıcı aldıqdan sonra Tarpan Moskvadakı dostundan xahiş edib ki, gedib limuzinin vəziyyətini yoxlasın. Dostu yalnız boş qarajla rastlaşıb.
Qeyd edək ki, unikal sovet avtomobili olan ZİS-115 ən yüksək çinli sovet məmurları üçün nəzərdə tutulmuşdu. 1949-cu ildə onunla şəxsən İosef Vissarionoviç Stalin gəzib./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar