Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp dövlət katibi vəzifəsinə Pompeonun əvəzinə adam axtarır

Tarix: 27-12-2019 06:49     Baxış: 3310 A- / A+
Tramp dövlət katibi vəzifəsinə Pompeonun əvəzinə adam axtarır

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın dövlət katibi Mayk Pompeonun vəzifəsini tərk edəcəyi təqdirdə dövlət katibi vəzifəsinə namizəd axtarır.

Manevr.az “The Washington Post” istinadən xəbər verir ki, Pompeo böyük ehtimalla Kanzas ştatından Senat seçkilərində iştirak etmək üçün vəzifəsindən gedə bilər.

Bildirilir ki, Pompeo hələ son qərarını verməyib. Lakin Tramp onun əvəzinə namizədləri nəzərdən keçirir. O millət vəkilləri və digər rəsmi şəxslərlə müzakirələrdə Dövlət Departamentinin rəhbəri vəzifəsinə potensial namizədlərin adlarını sıralamağa başlayıb.

Ehtimala görə, bu vəzifəyə ən real namizədlər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen, maliyyə naziri Stiven Mnuçin və Almaniyadakı səfir Riçard Qrenellidir.

Namizədlər sırasında həmçinin Pompeonun birinci müavini Stiven Biqan, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk, senatorlar Marko Rubio və Tomas Kotton da var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar