Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistana “Tor” zenit-raket kompleksləri verdi

Tarix: 21-12-2019 21:52     Baxış: 3143 A- / A+
Rusiya Ermənistana “Tor” zenit-raket kompleksləri verdi

Ermənistan ordusunun silahlanmasına Rusiya istehsalı olan ən yeni “Tor-M2KM” zenit-raket kompleksləri daxil olub.

Bu haqda baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində açıqlayıb. Daha sonra Paşinyan hərbi hissələrdən birində “Tor-M2KM” kompleksləri də daxil olmaqla bəzi yeni hərbi texnikanın silahlanmaya qəbul edilməsində iştirak edib.

“Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan ən yeni hava hücumundan və raketdən müdafiə sistemləri ilə silahlandı. Silah 2019-cu ildə buraxılıb. Bu, 2019-cu ildə əldə etdiyimiz ən mühüm silahlardan biridir. Onun miqdarını deyə bilmərəm, hərbi sirdir”,-Paşinyan yazıb.

“Tor-M2KM” hava hücumundan müdafiəni həyata keçirir, habelə hərbi bölmələri pilotsuz uçuş vasitələrindən və yüksək dəqiqlikli silahlardan müdafiə edir. “Almaz-Antey” korporasiyası tərəfindən istehsal edilir. Kompleks eyni anda 20 hava hədəfini izləyir və onlardan 4-ünü eyni vaxtda vura bilər. Hədəfin izlənməsi və vurulması avtomatik rejimdə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Ermənistana güzəştli qiymətə və kredit hesabına 4 Su-30SM qırıcısı da verib. Həmin qırıcılar bu günlərdə Ermənistana çatdırılmalı idi.virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar