Xəbər lenti
60 yaşlı professor Baş Nazir olacaq

Livanın keçmiş Təhsil naziri Həsən Diab deputat fraksiyalarının çoxundan dəstək alıb və ölkənin Baş Naziri vəzifəsinə təyin olunacaq.
Manevr.az "TASS"a istinadən bildirir ki, bu barədə Livan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Respublika Prezidenti Mişen Aunun Baabd Sarayında parlament fraksiyaları ilə keçirdiyi məsləhətləşmənin nəticələrinə əsasən, Beyrutdakı Amerika Universitetinin 60 yaşlı professorunun namizədliyini 128 deputatdan 69-u dəstəkləyib.
Parlamentin vitse-prezidenti Eyli Fərzli bildirib ki, “Diab dialoq adamıdır və hörmətli Beyrut ailəsinə mənsubdur”.
Öz növbəsində, Diab qısa vaxt ərzində yeni hakimiyyət formalaşdıracağına və ölkədəki vəziyyəti stabilləşdirəcəyinə dair söz verib. “Livanlılar müasir dövlətin qurulmasında tərəfdaş olmalıdırlar”, - Diab deyib.
Xatırladaq ki, daha əvvəlki Baş Nazir Saad Həriri ölkədə hökumət əleyhinə davam edən kütləvi etirazlardan sonra istefa vermişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar