Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Putin azərbaycanlı jurnalistin qızları haqqında sualından yayındı

Tarix: 19-12-2019 19:48     Baxış: 3252 A- / A+
Putin azərbaycanlı jurnalistin qızları haqqında sualından yayındı

Böyük mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinə yenə qızları haqda sual veriblər. Dovlət başçısı sualdan yayınıb.

Manevr.az xəbər verir ki, Putin Mariya Vorontsova və Katerina Tixonovanın onun qızları olmasını təsdiq etmək istəməyib. BBC-nin Rusiya xidmətinin azərbaycanlı müxbiri Fəridə Rüstəmova Rusiya liderinə hamının qarşısında etirafı dilə gətirməyi təklif edib. Putin isə qızları haqqında danışanda yalnız “o qadınlar” ifadəsini işlədib.

İyulda BBC Vorontsova və Tixonovanın dəyəri 40 milyard rubl (təxminən 600 milyon dollar) olan səhiyyə layihəsi haqda yazmışdı. Layihəni böyük oyunçuların, məmurların dəstəklədiyi məlum olmuşdu. Heç kim Putinin qızlarına geniş imkanlar yaradılmasını boynuna almaq istəmirdi. Halbuki “Nüvə təbabəti” simpoziumu bu qızlara görə ölkənin böyük fiqurlarının diqqət mərkəzindəydi.

Putin Rüstəmovaya “o qadınlar”ın biznesi haqda daha dərin araşdırma aparmağı məsləhət görüb: “Özünüz müəyyənləşdirməyə çalışın ki, kimə kim kömək edir”.

Dövlət başçısı heç cür faktı etiraf etmək istəməyib. Rusiya dövlət başçısı “onlara uğurlar” ifadəsi ilə keçinib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar