Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qayğıya ehtiyaclı uşaqlar üçün bayram şənliyi

Tarix: 19-12-2019 12:50     Baxış: 3194 A- / A+
Qayğıya ehtiyaclı uşaqlar üçün bayram şənliyi


Dekabrın 18-də “Qala” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Manevr.az xəbər verir ki, şadlıq sarayının böyük yolka qurulmuş, şarlarla bəzədilmiş zalında keçirilən bayram tədbirinə xüsusi qayğıya ehtiyaclı uşaqlar dəvət olunublar.
İlk öncə Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına qısa məlumat verib, problemli ailələrlə, problemli uşaqlarla işləyən bir təşkilat olaraq onlarla sıx əməkdaşlıq şəraitində işləyən idarə, müəssisələrə, xeyriyyəçi iş adamlarına əməkdaşlığa görə razılıqlarını bildirib. Mərkəzin “Nəsimi ili” nə hazırladığı “Məni candan usandırdı” klipi nümayiş etdirilib.

Mərkəzdən bəhrələnən uşaqların Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə hazırladıqları rəqs kompozisiyası da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqlar Şaxta baba, Qar qız və məzhəkəçi ilə birlikdə bol-bol rəqs ediblər, şeir deyiblər, əyləniblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon şöbəsinin əməkdaşı Fuad Məmmədəliyev çıxış edərək dövlətin xüsusi qayğıya ehtiyaclı uşaqlarla bağlı gördükləri işlərdən danışaraq bu kimi tədbirləri də bu qayğının davamı kimi dəyərləndiriblər, uşaqları təbrik edərək, xoş arzular dilə gətiriblər.

Uşaqlar tədbirdən yeni il hədiyyələri və gələn yeni ilədək xoş hisslərlə xatırlanacaq təəssüratlarla ayrılıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar