Sizin Reklam Burada
Xəbər lenti
15-02-2025
14-02-2025
13-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yüksək sürətli internet üçün kosmosa peyk buraxıldı

Tarix: 18-12-2019 20:15     Baxış: 2170 A- / A+
Yüksək sürətli internet üçün kosmosa peyk buraxıldı

“SpaceX” şirkəti kosmosa göyərtəsində “JCSAT 18/Kacific 1” telekommunikasiya peykinin olduğu “Falcon 9” raketdaşıyıcısı buraxıb.

Manevr.az “ictnews”a istinadən xəbər verir ki, layihə Sakit okean regionunda – Asiya və Avstraliyanın cənub sahilləri arasında yerləşən minlərlə adanın sakinlərinə genişzolaqlı internetə çıxışa imkan yaradacaq. Orada yaşayan əhali əsasən aşağı sürətli internetdən istifadə edir və ya rəqəmli dünyadan təcrid edilmiş şəkildə qalır.

Əksər internet provayderləri nümayəndələrinin fikrincə, regionda internetin çəkilməsi xərcini ödəməyəcək. Onların sözlərinə görə, orada genişzolaqlı rabitəni yalnız okeanın dibi ilə çəkilən mis və ya fiber-optik kabellərlə təmin etmək mümkündür. Lakin onların quraşdırılmasının baha başa gəlməsi səbəbindən əksər şirkətlər qoyulan vəsaitin geri qaytarılmayacağına əmindir.

“SpaceX” raketinin ilk pilləsi əvvəllər həyata keçirilən buraxılışlarda iki dəfə istifadə olunub. Şirkət onu Yerə qaytararaq təkrar istifadəsini planlaşdırsa da, raketin ön müqavimət sipərinin iki elementi suya düşüb. Şirkət əməkdaşları tərəfindən onların tapılaraq növbəti buraxılışlarda tətbiqi nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика