Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aleksandr Lukaşeviç: “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”

Tarix: 16-12-2019 19:05     Baxış: 3176 A- / A+
Aleksandr Lukaşeviç: “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”

“Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”.

Manevr.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya Seqodnya” İnformasiya agentliyində keçirilən Moskva-Vyana videokörpüsündə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli 100 faiz ATƏT-in cavabdehliyində olan məsələdir: "Bratislavada keçirilən görüşdə Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Təəssüflər olsun ki, həmsədr ölkələr və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin adından birgə bəyanat qəbul olunmadı. Təkcə həmsədrlər səviyyəsində bəyanat qəbul olundu".

Rusiyalı diplomat Qarabağ danışıqları ilə bağlı nikbin olduğunu da söyləyib: "Mən optimistəm. Burada nəticələr görünməsə də, əsas məsələ dinamikadır".

A.Lukaşeviç Rusiya - Ukrayna münasibətlərinin tənzimlənməsi ilə bağlı keçirilən görüşə də münasibət bildirib:"ATƏT XİN başçılarının Bratislavada keçirilən görüşü bu təşkilatın xarici işlər nazirləri Şurasının tarixində ən uğursuz görüş oldu".

Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiyanın təklifləri ilə bağlı mövqeyi, bu təkliflərə münasibəti təəssüf doğurur.

“Xüsusilə ABŞ və Ukraynanın mövqeyi. Burada söhbət İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Rusiyanın təklifi ilə bağlı yekun bəyanatın imzalanmasından gedir. ATƏT ona görə yaradılıb ki, Avropada müharibələr olmasın, təhlükəsizlik təmin edilsin. Qələbənin 75 illiyi ilə bağlı birgə bəyanatı isə ancaq MDB ölkələri və Serbiya imzaladı. Bütün bunlar ancaq təəssüf doğurur. Ümid edirik ki, Albaniyanın quruma sədrliyi dövründə Rusiyanın təklifləri nəzərdən keçiriləcək", - deyə rusiyalı diplomat qeyd edib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar