Xəbər lenti
Saakaşvilinin iqamətgahı satıldı
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Svaneti bölgəsindəki Mestia qəsəbəsində yerləşən iqamətgahı hərracda satılıb.
Manevr.az xəbər verir ki, iqamətgah 7,5 milyon lariyə (təqribən 2,5 milyon dollar) Gürcüstan hökumətinin “Biznes üçün 100 sərmayə təklifi” layihəsi çərçivəsində satılıb.
İqamətgah əvvəlcə 1,8 milyon lariyə təklif olunub. Maliyyə Nazirliyinin Xidmət Agentliyinin məlumatına görə, hərracda 4 şirkət edib. “Aigwin House” şirkəti iqamətgahı 7 milyon 510 min lariyə alıb. İqamətgah 13,9 min kvadratmetr ərazini və müxtəlif tikililəri əhatə edir. İqamətgahın yeni sahibi buradan otel kimi istifadə edəcək.
Gürcüstan qanunvericiliyinə görə, ərazi alındığı gündən 42 aydan sonra otel kimi fəaliyyətə başlamalıdır.
Bildirilir ki, Saakaşvili gözəl mənzərəli Lenxari yüksəkliyində qayalıqlar arasında yerləşən bu iqamətgahı 2011-ci ildə tikdirib. Bəzi məlumatlara görə, iqamətgahın tikintisi iş adamlarının vəsaiti ilə 3 ay ərzində 8 milyon lariyə (2,8 milyon dollar) başa gəlib.
Birmərtəbəli, xüsusi ağac və taxta materiallarından inşa olunmuş iqamətgahda əsas evin sahəsi 1000 kvadratmetrdir.
Müasir üslubda inşa olunmuş iqamətgahda mühafizə və xüsusi heyət üçün nəzərdə tutulmuş otaqlardan əlavə 7 yataq, bir neçə qonaq otağı, mətbəx, vanna otaqları, istirahət guşələri, konfrans-zalı və 150 kvadratmetrlik ziyafət salonu var.
2013-cü ilin avqust ayında Saakaşvilinin dəvəti ilə Gürcüstanın katolikos-patriarxı II İlya burada istirahət edib. II İlya jurnalistlərə müsahibəsində bu iqamətgahı çox bəyəndiyini bildirib.
M.Saakaşvili ikinci prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra Svanetidə heç bir qonaq qəbul etməyib.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar