Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Trampın kürəkəninin adı Qaşıqçı cinayətinə qarışdı - Şok gəlişmə

Tarix: 14-12-2019 20:48     Baxış: 2186 A- / A+
Trampın kürəkəninin adı Qaşıqçı cinayətinə qarışdı - Şok gəlişmə

ABŞ Konqresi Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətində məsuliyyət daşıyıb-daşımadığını açıqlaması üçün Milli Kəşfiyyat Agentliyinə (DNI) bir ay vaxt verib.

Manevr.az xəbər verir ki, sözügedən məsələ Nümayəndələr Palatasının 2020-ci il üçün qəbul etdiyi müdafiə büdcəsi layihəsinə yer alıb.

ABŞ mediasına görə, Donald Trampın kürəkəni Jared Kuşner Səudiyyə Ərəbistan hökumətini Qaşıqçının ölümündə ittiham edən maddələrin ləğv edilməsi üçün Ağ Evin adından bir sıra Konqres üzvləri ilə bazarlıq edib.

Lakin kürəkənin səylərinə baxmayaraq, müvafiq maddələr yenidən Nümayəndələr Palatasının layihəsinə əlavə olunub.

Sözügedən qanun layihəsi gələn həftə Senatdan keçəndən sonra təsdiq edilməsi üçün Prezident Donald Trampa təqdim ediləcək.

Camal Qaşıqçı keçən il Səudiyyə Ərəbistanının İstanbuldakı (Türkiyə) baş konsulluğunda qətlə yetirilib. İndiyədək cinayətkarın kimliyi və jurnalistin cəsədi aşkar olunmayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar