Xəbər lenti
550 avroya kirayə verilən evə - 1800 MÜŞTƏRİ ÇIXIB - ALMANİYADA
Almaniyada, Berlin ətrafında ayı 550 avroya kirayə təklif edilən mənzil ətrafında əsl ajiotaj yaranıb.
Manevr.az fed.az-a istinadən bildirir ki, iki otaqlı, 54 kvadratmetrlik mənzilə baxmaq üçün təyin edilən gün 1749 müştəri gəlib. Almaniyada, xüsusilə iri şəhərlərdə kirayə haqqı yüksək olduğundan, ayda 550 avro kirayə haqqı ilə (üstəlik kommunal haqlar da daxil olmaqla) mənzil tapmaq böyük uğur sayılır. Ona görə də noyabrın 24-də mənzilin yerləşdiyi binanın qarşısında əsl izdiham yaranıb.
Berlinin Şeneberqe rayonunda 3-cü mərtəbədə, mənzərəsi olan mənzilə baxmaq istəyənlər o qədər çox olub ki, rieltorlar müştəriləri 20-30 nəfərlik qruplara bölməli olublar. Bəzi müştərilər belə çox adam dəvət etdiyinə görə, ev sahiblərinə hiddətləniblər. Bununla yanaşı, ev sahibi elan edib ki, imkanlı şəxslərin və əmlakı olanların təklifləri qəbul edilməyəcək. Mənzilin kiməyə kiraə veriləcəyi 10 gündən sonra açıqlanacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar