Xəbər lenti
Dünyada ilk relssiz tramvay xətti Çində istifadəyə verilib
Çinin İbin şəhərində dünyada ilk dəfə relssiz və naqilsiz hərəkət edən tramvay xətti istifadəyə verilib.
Manevr.az xəbər verir ki, Çinin CRRC dəmir yolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir. Tramvayda quraşdırılmış sensorlar yolda xüsusi çəkilmiş iki ağ qırıq xətti avtomatik olaraq tanıyır və nəqliyyat vasitəsi həmin xətt üzrə hərəkət edir. Əslində bu tramvaylar sürücüsüz idarə olunmaq üçün nəzərdə tutulub. Amma hələlik Çində sürücüsüz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkətinə icazə verilmədiyindən tramvayları sürücülər idarə edir.
Saatda 70 kilometr sürətlə hərəkət edən "ağıllı tramvay" bir neçə akkumulyatorla qidalanır və elektrik mühərriki ilə işləyir. Akkumulyatoru tam doldurulan tramvay birdəfəyə 40 kilometr məsafə qət edə bilir. Üçvaqonlu tramvay 307, beşvaqonlu tramvay isə 500 sərnişin daşıya bilir. Yeni nəqliyyat növü şəhərin işıqfor sistemi ilə inteqrasiya edilib. Belə ki, tramvay yolayrıcına yaxınlaşanda xüsusi cihazlar vasitəsilə işıqfora siqnal ötürür və işıqfor ənənəvi tramvay və avtobuslardan bir neçə dəfə uzun olan relssiz tramvayın keçidi üçün qırmızı işıq rejimini qısaldır, əvəzində yaşıl işıq rejiminin vaxtını çoxaldır.
İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 3 dəfə, metro nəqliyyatından isə 10 dəfə ucuz başa gəlir.
İbin şəhərində uzunluğu 17,7 kilometr olan relssiz tramvay xəttinin üzərində 16 dayanacaq var. Tramvaylar günün pik saatlarında 10 dəqiqə, digər vaxtlarda isə 15 dəqiqə intervalla hərəkət edir.(AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar