Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çeçenistan prezidentinin "qardaş" dediyi şəxs kimdir? - Kadırovdan ŞOK PAYLAŞIM - ŞƏKİL

Tarix: 09-12-2019 17:54     Baxış: 3330 A- / A+
Çeçenistan prezidentinin "qardaş" dediyi şəxs kimdir? - Kadırovdan ŞOK PAYLAŞIM - ŞƏKİL

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı ad günü münasibətilə təbrik edib.

Manevr.az xəbər verir ki, Ramzan Kadırov ad günü təbriki ilə bağlı mesajını sosial şəbəkə hesabında paylaşıb.
Kadırovun təbrik mesajını olduğu kimi təqdim edirik:
"Əziz dostlar! Bu gün qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gəncliyinə baxmayaraq Artur Vanetsyan əla təhsil alıb və "General" hərbi rütbəsi alıb. Ardıcıl olaraq 2018-ci ildən rəhbərlik etdiyi Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək vəzifələr tutub. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram!"
Ramzan Kadırov sosial şəbəkədə təbriklə birgə Artur Vanetsyan ilə çəkdirdiyi fotosunu da paylaşıb.
Məlumat üçün bildirək ki, dekabrın 8-də 40 yaşı tamam olan Artur Vanetsyan 10 may 2018-ci ildən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb. Artur Vanetsyan Ermənistanın eks-prezidenti Robert Koçaryan və onun yaxın ətrafının həbs olunmasında yaxından iştirak edib.
Xatırlayırsınızsa, ötən il Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.
Bu ilin sentyabr ayında Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı vəzifəsindən azad edib. Bundan sonra Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının prezidenti kimi vəzifəsini davam etdirib. Ermənistan milli komandasının "AÇ-2020"nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzmasından sonra Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsindən də istefa verib.yeniavaz.com

Manevr.az
Çeçenistan prezidentinin "qardaş" dediyi şəxs kimdir? - Kadırovdan ŞOK PAYLAŞIM - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar