Xəbər lenti
Səfir kitab oğurladı və ölkəsinə geri çağırıldı - Video
Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.
Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb.
"Mən Etika komitəsindən məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni təhlil etməyi xahiş etdim. Hələlik mən ona evə qayıtmaq barədə göstəriş vermişəm", - deyə nazir yazıb.
“Ateneo” mağazasının müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.
"Əgər videonun həqiqətə uyğunluğu təsdiq edilsə, o, dərhal vəzifədən kənarlaşdırılacaq", - Ebrard qeyd edib.
Valero cari ilin avqustunda Argentinada səfir kimi fəaliyyətə başlayıb. Onun dükandan çıxarmaq istədiyi kitabın qiyməti 750 pesodur (20 manat).oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar