Xəbər lenti
Ərdoğan Ahısxa türkləri ilə görüşəcək

Ankarada Ahısxa türklərinin deportasiyasının 75-ci ildönümü qeyd ediləcək.
Dekabrın 10-da Türkiyə Prezident Aparatı Kompleksinin Konqres və Mədəniyyət mərkəzində keçiriləcək tədbir Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə Dünya Ahısxa Türkləri Birliyinin (DATÜB) üzvləri, eləcə də deportasiya həyatı yaşayan Ahısxa türklərinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə məskunlaşan 30-dan çox nümayəndəsi iştirak edəcək. Tədbirdə sovet rejiminin planına uyğun olaraq, Ahısxa türklərinin 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahısxa bölgəsindən deportasiya edilməsindən bəhs olunacaq.
YTB-dən verilən məlumatda bildirilib ki, tədbirdə “Dinməyən sızıltı: Sürgün” beynəlxalq rəsm müsabiqəsinin qalibləri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar