Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən şoka salan açıqlama: Bitkilər qışqıra bilir

Tarix: 08-12-2019 11:09     Baxış: 3211 A- / A+
Alimlərdən şoka salan açıqlama: Bitkilər qışqıra bilir


Quraqlıq və ya başqa fiziki zədələnmələrdən əziyyət çəkən bitkilər ultrasəs “qışqırıqları” xaric edə bilirlər.

İsrail alimlərinin yeni araşdırması bu barədədir. Alimlər həssas mikrofonlar quraşdırmaqla pomidor və tütün bitkilərininin səsini qeydə ala biliblər.

Qeydlər göstərib ki, müxtəlif bitki növləri zədələnmə növündən asılı olaraq fərqli səslər çıxara bilir. Quraqlıqdan əziyyət çəkən pomidor bitkisi saatda 35 ultrasəs xaric edib. Budağı qırılmış bitkidə isə bu sürət saatda 25-ə bərabər olub. Susuzluqdan əziyyət çəkən tütün saatda 11 siqnal, onun kəsilmişi 15 siqnal ötürüb.

Heç bir təsirə məruz qalmayan bitkilərin siqnal sayı isə daha azdır.

İnsan qulağı bu “qışqırıqları” eşitməyə qadir deyil. Çünki onların səs diapazonu 20-100 kilohers arasında dəyişir. Lakin digər bitkilər və bəzi heyvanlar bu səsi eşidə bilirlər.

Alimlərin fikrincə, onların araşdırması kənd təsərrüfatında xeyirli ola bilər. Belə ki, xüsusi ötürücülər quraşdırmaqla əziyyət çəkən bitkilərə vaxtında yardım göstərmək mümkün olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar