Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi

Tarix: 05-12-2019 09:51     Baxış: 3226 A- / A+
Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi


Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.

ESA yaydığı açıqlamada NASA ilə birlikdə “Didymos” adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.

Təsdiq olunan birgə layihəyə görə, NASA-nın “DART” adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.

ESA-nın əməliyyatda iştirak edəcək “HERA” adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.

2021-ci ildə icrasına başlanılacaq layihə çərçivəsində “DART” milyarder iş adamı Elon Maskın sahibi olduğu “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndəriləcək. Toqquşmanın 2022-ci ildə baş verəcəyi planlaşdırılır.

“HERA” isə araşdırmalara 2023 və ya 2024-cü ildə başlayacaq./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar