Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ - VİDEO

Tarix: 27-11-2019 22:52     Baxış: 4271 A- / A+
İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ - VİDEO


Ermənistanın Qarigen Njdenin timsalında faşizmi dəstəkləməsi yenidən Rusiyada mətbuatının aktual mövzusuna çevrilib. Buna səbəb isə prezident İlham Əliyevin MDB Ölkələrinin Aşqabadda keçirilən zirvə toplantısında bu məsələni qaldırması və təkzibolunmaz faktlarla ictimailəşdirməsidir. Rusiya mətbuatı höküməti konkret addımlar atmağa səsləyıb.


Rusiya mətbuatında faşist erməni qəhramanı Qarigen Njde məsələsi aktuallığını qoruyur. Məsələn Noviye İzvestiya qəzetində yer alan "Rusiyada da Njde heykelleri olacaqmı?" adlı məqalədə bildirilir ki, Rusiya Ermənistanla əlaqələri nəzərə alaraq 30 ildir bu məsələni açıq müzakirədən qaçırdı. Iş o yerə çatıb ki, Nijdenin qəhramanlaşması Ermənistan sərhədlərini aşaraq Rusiyanın Armavir şəhərində xatirə lövhəsi formasında zühur edib. Böyük qələbənin 75ci illiyi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin bu məsələni qaldırması ilə Njdenin qəhramanlaşdırlması beynəlxalq səviyyədə müzakirə mövzusuna çevrilib.

Müəllif viktor Levin bildirib ki, Ermənistanın baş naziri buna cavab verməyə bilərdi amma onun Qarigen Njdeni müdafiə etməsi faşizmin dəstək məsələsində Ermənistanda heç nəyin dəyişmədiyini göstərir.

Məqalədə politoloq Vitayiy Arkovun fikirlərinə də istinad edilir. Və Paşinyanın fikirləri böyük diplomatik səhv adlandırılır.

Kommersant Qəzetinin Aşqabatdaki Sammiti izləyən müxbiri Andrey Kolesnikov da Paşinyanın Njdeni müdafiə etməsi məsələsinə toxunub. O bildirib ki Paşinyan hisslərinə hakim olmayaraq Njdenin müdafiəsinə qalxdı bu isə çox ciddi səhv idi.

Arqumenti Nedeli qazetinde yer alan başqa bir məqalədə isə müəllif Nikolay Uxtin məsələnin İlham Əliyev tərəfindən məhz qələbənin 75-ci ildönümündə qaldurılmasının məntiqli olduğunu bildirib. Üstəlik Azərbaycan prezidenti səsləndirdiyi fikirləri Rusiyanın rəsmi mövqeyi və arxiv sənədləri ilə arqumentləşdirib.

Ermənipərəst Rusiya mediası isə məsələyə özünəməxsus yanaşma göstərib. "Eurasiya Daily" internet qəzeti Ermənistan baş naziri Paşinyanın prezident İlham Əliyevin arqumentləri qarşısında aciz qaldığını etiraf etsə də, Qarigen Njde məsələsinini fərqli istiqamətə yönəltməyə cəhd edib. Məqalədə "sanki müharibəni Hitler yox, Njde başladıb" ifadəsinə yer verilib. Bu isə Ermənistana yönələn ittihamları yumşaltmaq cəhdidir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar