Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

1 milyarddan çox sosial şəbəkə istifadəçisinin məlumatı internetə sızıb

Tarix: 26-11-2019 08:14     Baxış: 3189 A- / A+
1 milyarddan çox sosial şəbəkə istifadəçisinin məlumatı internetə sızıb

Kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Vinni Troyya 1,2 milyard sosial şəbəkə istifadəçisi haqqında informasiyadan ibarət məlumat bazasını aşkar edib. Bu haqda “Wired” nəşri məlumat verib.

Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sözügedən fayl “Google Cloud” bulud xidmətində saxlanılıb. Mütəxəssis faylı yükləyənin kimliyini öyrənə bilməyib. Bu halda məlumat bazasında parol, bank kartlarının nömrələri və ya təhlükəsizlik kodları kimi mühüm məlumatlar olmayıb.

Troyya deyib ki, bazada “Twitter”, “Facebook”, “LinkedIn” və “GitHub” xidmətlərindən istifadə edənlərin profillərindəki informasiya yerləşdirilib.

Nəticədə onların ev və mobil telefonları (təxminən 50 milyon nömrə), məşğulluq tarixçəsi və elektron poçt ünvanları internetdə əlçatandır. Faylların adı informasiyanın çox hissəsinin ABŞ-ın “People Data Labs” şirkətinə aid olduğunu göstərir.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar