Xəbər lenti
Çində müsəlmanların düşərgələrdə saxlanılması ilə bağlı yeni məxfi sənədlər üzə çıxdı
Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlmanların islah düşərgələrində saxlanılması ilə bağlı yeni gizli sənədləri nəşr edib.
Yerli partiya komitəsinin sədr müavini Çju Haylunun da təsdiq etdiyi təlimatların mətnindən ən çox uyğurların yer aldığı düşərgələrin necə fəaliyyət göstərməsini öyrənmək mümkündür.
Manevr.az xəbər verir ki, Çində müsəlmanların islah düşərgələrində saxlanılması ilə bağlı məsələ bir daha təsdiqini tapıb. Jurnalist araşdırması həqiqəti tam çılpaqlığı ilə ortaya qoyub.
Sənədlər göstərir ki, xüsusilə qaçışların qarşısının alınmasına, düşərgələrin gizliliyinin qorunmasına diqqət yetirilib. Məcburi tərbiyə üsulları və xəstəliyin başlanmasına nəzarət üsulları da təsvir edilib. Məhbusların qohumları ilə görüşlərinin və gündəlik iş qaydalarının ətraflı tənzimlənməsinin mümkünlüyü ayrıca izah olunub. Saxlanılanların ən azı bir il düşərgədə olması xüsusi qeyd edilib.
Sənədlərdə bu mərkəzlərdə bal toplama sisteminin təsviri də var - bu, müsəlmanların davranışından asılıdır. Bundan əlavə, kəşfiyyat brifinqlərinin mətnləri jurnalistlərin əlinə keçib. Məlum olur ki, Çin polisi muxtar rayon sakinlərini idarə etmək üçün süni intellektdən yararlanıb. Video nəzarət məlumatları və smartfonların monitorinqi 2017-ci ilin bir həftəsi ərzində hakimiyyətə ekstremizmə meylli saydığı 15 mindən çox uyğuru saxlamağa və düşərgələrə göndərməyə imkan verib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar