Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Malayziyadakı son Sumatra kərkədanı öldü

Tarix: 24-11-2019 11:06     Baxış: 4221 A- / A+
Malayziyadakı son Sumatra kərkədanı öldü


Malayziyada noyabrın 23-də ölkədəki son Sumatra kərkədanı öldü.

Manevr.az trend-ə istinadən bildirir ki, 2014-cü ildən Borneo adasında qoruqda yaşayan 25 yaşlı "İman" ləqəbli dişi kərkədan xərçəngdən ölüb. Hazırda bu növdən qalan son 30-dan 80-ə qədər nümayəndə İndoneziyada, vəhşi təbiətdə yaşayır.

2011-ci ildə Malayziya alimləri süni mayalanma yolu ilə Sumatra kərkədanlarının sayını qoruqda bərpa etməyə cəhd edibər, lakin nəticəsi olmayıb. 2015-ci ildə ölkədə bu növə vəhşi təbiətdə məhv olmuş statusu verilib. Qoruqda saxlanılan son erkək Sumatra kərkədanı isə 2019-cu ilin mayında ölüb.

Bu növ heyvanların nəslinin kəsilməsinin əsas səbəbləri olaraq Beynəlxalq Kərkədanların Qoruma Fondu, brakonyerlik və təbii yaşayış yerlərinin məhv edilməsini hesab edir. Fond "Sumatran rinho"sunun yaxın bir neçə onillikdə yer üzündən tamamilə yox ola biləcəyini istisna etmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar