Xəbər lenti
Norveçdə Quran təhqir edildi - Səfir XİN-ə çağırıldı
Norveçin Kristiansann şəhərində "Ölkəmizin islamlaşdırılmasını dayandıraq" təşkilatının üzvləri tərəfindən Quranın təhqir edilməsi hadisəsinə görə bu ölkənin İslamabaddakı səfiri Kell-Qennar Eriksen Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Manevr.az xəbər verir ki, Pakistan xalqının və hökumətinin dərin narahatlığını ifadə etmək üçün Norveç səfiri ötən gün Xarici İşlər Nazirliyinə çağırılıb".
"Belə hərəkətlər bütün dünyadakı 1,3 milyard müsəlmanın, həmçinin Pakistanda yaşayanların hislərinə toxunur. Bundan başqa, belə hərəkətlərə fikirlərin ifadəsi azadlığı hüququna bəraət qazandırmaq mümkün deyil", - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Eriksen özü də hadisəni "Twitter"dəki səhifəsində şərh edib.
"Norveç hökuməti Kristiansanda sağ cərəyanın nümayişlərində Quranın yandırılmasını qətiyyətlə pisləyr. Polis təhlükəsizliyə görə nümayişi dayandırıb. Norveçdə hamı heç bir təzyiqsiz söz azadlığına və öz dininə etiqad etmək hüququna malikdir", - səfir yazıb.
Norveçdə mitinq bu həftə keçirilib. Pakistanın "News International" nəşri bildirib ki, polisin xəbərdarlıqlarına baxmayaraq hərəkatın lideri Lars Torsen Quranı yandırmağa çalışıb. Naməlum kişi Torsena mane olub, bu zaman dava başlayıb və dava iştirakçılarını polis bölməsinə gətiriblər.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar