Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bura Allahın evidir” dedi, yerini nazirə vermədi

Tarix: 23-11-2019 18:21     Baxış: 3185 A- / A+
“Bura Allahın evidir” dedi, yerini nazirə vermədi

Türkiyənin Ətraf Mühitin Mühafizəsi və Şəhərsalma naziri Murad Kurum cümə namazı qılmaq üçün getdiyi məsciddə maraqlı hadisə ilə üzləşib.
Manevr.az xəbər verir ki, “Haberglobal”ın verdiyi məlumata görə, AKP Sinop millət vəkili və nazir ön sırada, müftinin yanında oturmaq istəyiblər. Nazir məscidə daxil olan zaman əməkdaşlar ön sırada oturub namaz vaxtını gözləyən yaşlı adama, "bura nazir gələcək, siz arxa sıraya keçin", - deyiblər. “Bura Allahın evidir”, - deyən inanclı qoca yerini güzəştə getməkdən imtina edib.

Sonra Bilal Göbeloğlu müftinin yanında əyləşmək istəyən nazir Murat Kuruma "orda otura bilməzsiniz, ora müftini yeridir",- deyə etiraz edib. Müfti onu sakitləşdirib və qocaya "o nazirdir", - deyib. Murat Kurum isə bundan sonra ön sırada ona etraz edən qocanın yanında əyləşib.

Namazdan sonra Kurun vizit kartını Bilal Göbeloğluna verərək "işiniz düşərsə, zəng edin",- deyib. Göbeloğlu isə nazirə: "Doğurdanmı siz nazirsiniz? Nazirsinizsə, Yasir baba türbəsini təmir etdirin", - deyib.

Uzun illərdir bu məsciddə ibadət etdiyini deyən 75 yaşlı qoca AKP-dən olan millət vəkillərinə və nazirə ibadət evində belə hərəkətlərin yolverilməz olduğunu da xatırladıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar