Xəbər lenti
Keçmiş prezidentin oğlunun qatilindən etiraf: qisas almaq üçün...
Ötən gün Almaniyanın keçmiş prezidenti Riçard Vayzekkerin oğlunu bıçaqlayaraq öldürən qatil cinayətin səbəbini açıqlayıb.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, o bu qərarını Vayzekker ailəsinin Vyetnam müharibəsində istifadə olunan kimyəvi "Agent oranc" ("Agent orange") maddəsinin istehsalı olunmasında iştirak etməsi ilə əlaqələndirib.
Keçmiş prezident Riçard Vayzekkerin oğlu Fritz Vayzekker ötən gün Berlində baş həkimi olduğu xəstəxanada keçirilən seminar zamanı qətlə yetirilib.
"Bild" qəzetinin məlumatına görə, adı açıqlanmayan qatil onu Vayzekker ailəsindən qisas almaq üçün öldürdüyünü etiraf edib.
Riçard Vayzekker Vyetnam müharibəsində ABŞ tərəfindən istifadə olunan zəhərli kimyəvi maddə olan "Agent oranc"ın istehsalı ilə məşğul olan "Boehringer Ingelheim" şirkətinin rəhbəri olub. ABŞ Vyetnam müharibəsində ağaclardan yarpaqları tökən maddə - tərkibində dioksin olan "Agent oranc"dan istifadə etmişdi.
"Bild" Berlində törədilən cinayətin bununla bağlı olduğunu yazıb.
1984-1994-cü illərdə Almaniya prezidenti olan Riçard von Vayzekker bir neçə il əvvəl 94 yaşında vəfat edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar