Xəbər lenti
Lotereyada ardıcıl 14 dəfə pul qazanan insan xüsusi taktikadan istifadə edirmiş
Lotereyada pul qazanmaq az qala hamının arzusudur. Amma bu arzunu həyata keçirmək hər adama nəsib olmur. Bir nəfərə isə hər kəs həsəd apara bilər.
Manevr.az xəbər verir ki, Stefan Mandel lotereyada ardıcıl 14 dəfə uğur qazanıb. O, xüsusi taktikadan istifadə edirmiş.
Rumın mühasib çox pis dolanırmış. Ötən əsrin 60-cı illərində aylıq qazancı 88 dolları keçmirmiş. Günlərin birində Stefanın ağlına “40-dan 6” lotereyası üçün xüsusi strategiya hazırlamaq gəlir. O, bütün mümkün kombinasiyaları hesablayır. Məlum olur ki, ümumilikdə 3 milyon 838 min 380 kombinasiya var. Bütün kombinasıyalara pul yatırmaq həyata keçiriləcək işə oxşamırdı. Bundan başqa, yatırılan pul uduşu keçməməlidir. Mandel ruhdan düşmür. Qərara gəlir ki, yalnız cek-pot olan zamanlarda yarışa qoşulsun. Yaxınlardan 4 min dollar borc alır. İlk addımı atır və 19 min dollar qazanır. Beləcə, Stefan qazanmağın yolunu tapır.
Amma rumına heç də asan olmayıb. Çünki vətəni Rumıniyadan başlayaraq Avropanın əksər ölkələri qaydaları dəyişməyə başlayıblar. Təşkilatçılar bir növ Mandelə mane olmağa çalışırdı. Stefana hətta uzaq Avstraliyada da imkan vermirdilər.
Bütün bunlara baxmayaraq, Stefan Mandel tarixə lotereya təşkilatçılarının qənimi kimi düşüb. O, təkcə bir yarış günündə 30 milyon dollar udub.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar