Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi

Tarix: 22-11-2019 09:05     Baxış: 3160 A- / A+
19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi


"Canva" onlayn dizayner xidməti hal-hazırda 3,2 mlrd. dollar qiymətləndirilir, hər ay onun 190 ölkədən 20 mln. istifadəçisi olur. Bu startapı 2006-cı ildə 19 yaşlı tələbə Melani Perkins yaradıb.O, artıq "Canva"nın baş direktorudur.

Melani Perkins əvvəlcə sevgilisi Kliff Obrext-lə birgə Fusion Books onlayn xidmətini yaradıb istifadəyə verir. Onun vasitəsilə tələbələr özləri buraxılış fotoalbomlarının dizaynını hazırlaya bilirdilər. Cütlük işini Perkinsin qonaq otağında aparır, onlayn xidmətin inkişafı üçün pulu isə qohumlarından borc götürür.

Manevr.az bizplus.az-a istinadən bildirir ki, bu işləri o qədər uğurlu olur ki, Perkins bütün fikrini biznesə yönəltmək üçün tezliklə təhsilini yarımçıq qoyur. 2010-cu ildə isə buraxılış albomları dizaynı ilə kifayətlənməyin ağılsızlıq olduğunu düşünür və yeni maraqlar axtarışında Kaliforniyaya yollanır.

Perkinsin fikrincə bir sahibkar üçün ən təhlükəlisi heç bir şey etməməkdir. O deyir ki, özündə əminlik yaratmaq üçün dayanmadan hər gün az da olsa işləmək lazımdır.

Vençur səhmdar Bill Tay ilə görüş keçirən Perkins onda maraq yarada bilmir, amma Tay onu digrə səhmdarlarla tanış etsə də platformasına özü yatırım edir.

Həmin görüşdən platformanın 2013-cü ildə tam istifadəyə verilməsinə qədər bir neçə il keçir. Bu müddətdə Google-un keçmiş əməkdaşı Kameron Adams da cütlüyə qoşulur. O vaxtdan şirkət 242 mln. dollar investisiya cəlb edib. 2019-cu ilin mayında 2,5 mlrd. dollar qiymətləndirilir, sonrakı beş ay ərzində isə göstərici 700 mln. dollar artır.

"Canva" şirkəti insanlar üçün heç bir peşəkar hazırlıq olmadan müxtəlif marketinq materiallarının dizaynını etmək imkan yaradır. O, əsas xidmətlərdən pulsuz istifadəni təmin edir. "Canva"dan istifadə edənlər arasında "Apple", "Amazon" və "Netflix" var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar