Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

“3D” printerlə çap edilən ən böyük bina təqdim olunub - VİDEO

Tarix: 22-11-2019 08:21     Baxış: 3202 A- / A+
“3D” printerlə çap edilən ən böyük bina təqdim olunub - VİDEO

Dubayda üçölçülü printer vasitəsilə tam çap edilən dünyanın ilk ikimərtəbəli binasının açılışı olub.

Manev.az "ICTnews"a istinadən xəbər verir ki, Dubay bələdiyyəsinin baş direktoru Davud əl-Həcrinin sözlərinə görə, bu layihə tikinti sənayesində vacib dönüş anıdır. "İnşaatda "3D" çap texnologiyası binaların ucaltma sürətini artırır və onları rekord qısa müddət ərzində təhvil verməyə imkan verir. Bu, həmçinin tikinti xərclərini azaldır və işçi sayının azaldılması sayəsində demoqrafik vəzifələrin həllinə kömək edir", – o qeyd edib.

Rekord binanın hündürlüyü 9,5 metr, ümumi sahəsi 640 kvadratmetr təşkil edir. Onun ucaldılması üçün adi binaların inşasında olduğundan iki dəfə az işçi qüvvəsindən istifadə edilib. Bundan başqa, tullantıların miqdarı adi inşaat işləri ilə müqayisədə 60 faiz azaldılıb. Binanın ucaldılması üçün ümumi xərclər də bir o qədər azalıb. Ekspertlərin sözlərinə görə, çap edilmiş bina bütün tikinti standartlarına uyğundur.

Davud əl-Həcri bildirib ki, Dubay binaların inşası üçün "3D" çapdan istifadə sahəsində dünya paytaxtına çevriləcək.

Manev.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar