Xəbər lenti
Rusiyada kişilər "analıq məzuniyyətinə" çıxmaq istəyirlər
Rusiyada kişilərin yarısı (46 faiz) ehtiyac olarsa, qadınlarının əvəzinə "analıq (atalıq) məzuniyyəti"nə getməyə hazırdır.
38 faiz isə qadının əvəzinə "analıq məzuniyyətinə" gedə bilməyəcəyini dilə gətirib.
Rusiyada 94 faiz hallarda uşağa görə məzuniyyətə analar çıxırlar. Övladları xəstələnəndə qadınların 75 faizi, kişilərin isə 8 faizi arayış alaraq işə getmir. 9 faiz halda isə qadın və kişi məzuniyyətini növbə ilə götürür.
Qadın üçün ailə məsuliyyətlərinə yeməyin hazırlanması (88 faiz), paltar yumaq (87 faiz), uşaqlara dərslərində yardım etmək (64 faiz), onları yatırtmaq (64 faiz) daxildir. Eyni zamanda qadınlar uşaqları ilə gəzməli (58 faiz), onları yuyundurmalı (57 faiz), asudə vaxtlarını (56) təşkil etməlidirlər.
Rusiyada ataların əsas işi uşaqları məktəbə və ya bağçaya aparmaq (42), onlarla gəzmək (42 faiz) və ya teatra, kinoya və ya muzeyə (37 faiz) aparmaqdır. Kişilər çox az halda yemək bişirir (28 faiz) və uşaqları yatmağa (27 faiz) hazırlayırlar. 55 faiz halda kişilər ailə büdcəsini təmin edirlər. 26 faiz halda qadınlar kişilərdən çox qazanırlar. 21 faiz cütlüklərdə isə qazanc bərabərdir. Eyni zamanda ər-arvadın yalnız üçdə biri (34%) uşağa qayğı göstərmək vəzifələrini bərabər bölüşürlər. Məlumata görə, rusların 54%-i kişini, 1 faizi isə qadını qazanan hesab edir.sputnik.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar