Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Marsa uçanlar ölümcül təhlükə ilə üzləşə bilər

Tarix: 20-11-2019 20:42     Baxış: 4140 A- / A+
Marsa uçanlar ölümcül təhlükə ilə üzləşə bilər


Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül təhlükəsini aşkarlayıb.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, mikroqravitasiya daxili vidaci venanın fəaliyyətində pozuntuya səbəb olur. Bu, Mars missiyası üçün böyük problemlər yarada bilər.

Beynəlxalq Kosmik Stansiyada olan 11 astronavtı tədqiq edən mütəxəssislər çəkisizlik şəraitində 50 gün olduqdan sonra daxili vidaci venada durğunluq və əks-qan cərəyanının yaranmasını müəyyənləşdiriblər. Ekipaj üzvlərindən birində tromboz və ya vena tıxanması aşkar edilib ki, bu da kosmik uçuş ərzində ilk dəfə müşahidə olunub. Astronavt missiya bitənədək antikoaqulyantlarla müalicə almaq məcburiyyətində qalıb.

Müəlliflərin elmi məqalədə yazdığına görə, mikroqravitasiya beyin qan dövranı üçün naməlum nəticələrə səbəb olmaqla başa qanın və toxuma mayesinin xroniki axınına imkan verir. Nəticədə sifət şişməkdə davam edir, ürəkdə dövr edən qanın həcmi artır, eləcə də plazma həcmi azalır.

Astronavtların sağlamlığı üçün hansı fəsadların yaranacağı hazırda məlum olmasa da, tədqiqatçılar çəkisizliyin həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən alimlər tərəfindən əlavə tədqiqatların aparılmasının zəruriliyi vurğulanır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar