Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranda etirazlar: Fərəh Pəhləvi Xameneyinin ittihamlarına cavab verdi

Tarix: 18-11-2019 18:22     Baxış: 4388 A- / A+
İranda etirazlar: Fərəh Pəhləvi Xameneyinin ittihamlarına cavab verdi

İranın keçmiş şahbanusu Fərəh Pəhləvi ölkənin Ali dini lideri Əli Xamneyinin (Ali Khamenei) ittihamlarına cavab verib. Xameneyi keçmiş şah ailəsini İranı bürümüş etirazlara görə ittiham etmişdi.

Fərəh Pəhləvi noyabrın 17-də Radio Farda-ya müsahibəsində deyib ki, “hər şeydən öncə Xameneyi bu etirazların başlanma səbəbləri üzərində düşünməlidir”.

Xameneyi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvini və mühacirətdəki dissident qrupu olan Mücahidin Xalq Təşkilatını küçə etirazlarını qızışdırmaqda, islamçı isteblişmentə meydan oxumaqda suçlayıb. “Onlar xalqı sosial media, digər vasitələrlə bu yanlışın baş verməsinə həvəsləndirir və təhrik edirlər”, – Xamneyi deyib.
İranda etirazlar: Fərəh Pəhləvi Xameneyinin ittihamlarına cavab verdi

Bundan öncə Şahbanu Pəhləvi və onun oğlu, mühacirətdə olan keçmiş vəliəhd şahzadə Rza Pəhləvi tvitlərində etirazçıları dəstəkləyib. Şahbanu müsahibəsində İran xalqına müraciət edərək deyib ki, “digər iranlı vətənpərvərlər kimi sizin ədalətli və düzgün tələblərinizi dəstəkləyir, yanınızda dayanıram. İran xalqı bilməlidir ki, millətin qarşısında heç kim, heç nə dayana bilməz”.

“The Wall Street Journal” qəzeti pulu qurtaran İran rejiminin ölkə içindən və xaricdən etirazlarla üzləşdiyini yazır.

“İranda rejimə qarşı son etirazlar böyük siyasi hadisəyə oxşayır. Rejimin güclü və zorakı reaksiyasını nəzərə alsaq, bu fikirlə razılaşdığını görərik. Birləşmiş Ştatlar və Avropa siyasi sol və sağ cəbhələrin İran xalqına dəstək naminə birləşməsinin məqamı çatıb”, – qəzetin redaksiya məqaləsində deyilir.

Qəzet 50 faiz bahalanmadan sonra bir litr benzinin qiymətinin cəmi 35 sentə yaxın olduğunu, ancaq bunun iranlıları xeyli qəzəbləndirdiyini vurğulayır. Axı, ölkə iqtisadiyyatı ABŞ-ın sanksiyalarının məngənəsində çabalamaqdadır.

“Trump administrasiyasının sanksiyaları nəticəsində mollaların neft satışı və nağd pulu azalıb. Neft satışı rejimin əsas gəlir mənbəyidir”, – yazan qəzet son çaxnaşmaya elə mollaların özlərinin bais olduğunu qeyd edir.

“2015-ci ilin nüvə sazişindən əldə olunan pullar ölkəyə sərmayə qoyulmalıydı. Əvəzində isə onlar həmin resurslar hesabına inqilabı Yaxın Şərqə yaymağı seçdilər. Onlar pulları ballistik raketlərin hazırlanmasına, Yəməndə husilərin, Suriyada Hizbullahın, İraqda şiə yaraqlıların silahlanmasına axıtdılar”, – məqalədə deyilir və qeyd olunur ki, dünya iranlıların inqilab və terror yayan teokratiyaya deyil, normal ölkəyə çevirmək arzusunu dəstəkləməlidir.

“İran rejimi 2009-cu ilin demokratik etirazlarına qanlı divan tutanda Barack Obama susqun davranmaqla tarixi səhvə yol verdi. Prezidenti Tramp eyni səhvi etməməlidir”, – qəzet vurğulayır.

Son günlər Tehran, Təbriz, Məşhəd, Şiraz və digər şəhərlərdəki etirazlarda bəzi hallarda etirazçılar Pəhləvi sülaləsini dəstəkləyən şüarla səsləndiriblər, radio bildirir.

Rza Pəhləvi isə tvitlərində etirazçıların tələblərini dəstəkləyərək İslam Respublikasının İran xalqına yalnız yoxsulluq və əziyyət gətirdiyini yazıb.

1979-cu il inqilabı zamanı Ayətulla Ruhulla Xomeyni əhaliyə pulsuz elektrik, su və ictimai nəqliyyat vəd edir, monarxiyanın korrupsiyaya uğradığını, xalqı neft gəlirlərindən məhrum etdiyini deyirdi.

Rza Pəhləvi deyib ki, İslam Respublikası nefti pulsuz olaraq regiondakı müttəfiqlərinə verib. İran Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. İran müxalifətinin xadimi kimi tanınan şahzadə iranlıları islam isteblişmentini devirməyə, yalnız öz gücünə arxalanmağa çağırıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar