Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!

Tarix: 18-11-2019 12:52     Baxış: 2182 A- / A+
Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!


Uyğur türklərinə qarşı assimilyasiya həyata keçirən Çin hökumətinin gizli sənədləri deşifrə edilib.


Bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Məlumata görə, Sintszyan-Uyğur Muxtar vilayətindəki uyğur türklərinə qarşı Çinin sərt siyasətini ifşa edən 403 səhifəlik rəsmi sənədlər mətbuatda işıqlandırılıb.

“Nyu York Tayms”ın yayımladığı sənədlərdə Çin hakimiyyətinin Sintszyan-Uyğur Muxtar vilayətindəki təhlükəsizlik qüvvələrinə əhali ilə necə rəftar etmələrinə dair göstərişləri əks olunub. Sənədlərin ən azı 200 səhifəsində Çin Prezidenti Si Szinpinin və digər çinli rəsmilərin bölgədəki uyğur əhaliyə nəzarətlə bağlı göstərişlərinə yer verilib, həmçinin, islam dininin yayılmasının qarşısının alınması üçün tədbir görülməsi barədə xəbərdarlıq edilib.

Sənədlərdə rəsmi Pekinin 11 sentyabr 2001-ci il hadisələrindən sonra Vaşinqtonun irəli sürdüyü “terrorla mübarizə” siyasətini eynilə köçürdüyü də müşahidə olunur.

“Əsla rəhm etməyin”


Deşifrə olunan sənədlərdə Si Szinpinin 11 sentyabrdan sonra ABŞ-ın “terrorla mübarizə” siyasətini örnək alaraq, təhlükəsizlik orqanlarına “əsla rəhm etməyin” göstərişi verdiyi qeyd olunur.

Sənədlərdə xaricdə təhsil alıb qayıdan uyğur gənclərin yaxından izlənilməsi və ailələrinin harada olması ilə bağlı suallarına “Çin dövlətinin açdığı tədris məktəblərinə aparılıb. Onlar günahkar deyil, lakin radikallıq virusuna qarşı müalicə alırlar” cavabının verilməsi əmr edilib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar