Xəbər lenti
Gürcüstan müxalifətinin lideri: “Bu gecə nə bacardığımızı göstərəcəyik”
"Biz parlamenti tamamilə bağlamağa başlamışıq, çünki bu qurum öz funksiyasını itirib".
Manevr.az xəbər verir ki, bunu bu gün Gürcüstanın əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın lideri Qriqol Vaşadze Tbilisidə, parlament binası qarşısında keçirilən mitinqdə çıxışında bildirib.
Q. Vaşadze deyib ki, "bu gecə nə bacardığımızı göstərəcəyik".
Qeyd edək ki, Tbilisidə müxalif partiyaların təşkilatçılığı ilə şəhərin müxtəlif istiqamətlərindən parlament binası qarşısına yürüş təşkil edilib. Minlərlə insanın iştirakı ilə keçirilən yürüşdə Vahid Milli Hərəkat, Avropalı Gürcüstan, Vətənpərvərlər Alyansı, Çirçi, Lelo partiyalarının üzvləri iştirak edir. Əraziyə polis qüvvələri cəlb edilib.
Nümayişçilərin üç əsas tələbi var. Aksiya iştirakçıları müvəqqəti hökumətin təsis edilməsini, 2020-ci ildə proporsional seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsini və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər. Onlar tələbləri yerinə yetirilənədək aksiyaları davam etdirəcəklərini açıqlayıblar.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar