Xəbər lenti
"Sputnik"in baş redaktoru növbəti dəfə qalmaqallı VİDEO paylaşdı
Azərbaycanda, Türkiyədə və eləcə də dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli Marqarita Simonyan növbəti dəfə milliyətçi paylaşım edib.
Manevr.az xəbər verir ki, "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında Moskvadakı restoranların birində erməni diasporasının üzvlərilə birgə oxuduğu mahnının video görüntüsünü paylaşıb.
Simonyanla birgə mahnı oxuyanların arasında onun həyat yoldaşı erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan da olub. Simonyanın paylaşımının altından rəy yazaraq onlara dəstək verənlərdən biri də Moskvada yaşayan erməni milyarder, "Taşir" şirkətinin prezidenti Samvel Karapetyanın arvadı Eteri Karapetyan olub.
Marqarita Simonyan və erməni diasporası üzvlərinin oxuduqları mahnının sözlərini XIX əsrin sonlarında Osmanlıya qarşı üsyan qaldıran, "Arabo" ləqəbli terrorçu - Arakel Mxitaryanın yazdığı "Oyan, Lao" şeirindən götürülüb.
Məlumat üçün qeyd edək ki, körpə erməni uşağına xitabən yazılan "Oyan, Lao" artıq erməni millətçilərinin himninə çevrilib. Bütün dünyada Türkiyəyə qarşı mübarizə aparan erməni millətçilər bu mahnıdan himn kimi istifadə edirlər.
Simonyan, Tiqran Keosayan və digər ermənilərin oxuduqları mahının sözlərində belə ifadələr yer alıb: "Ordu toplayıb Muş vadisini mühasirəyə aldılar. Sultan bizi məhv etmək istəyir. Xahiş edirəm, oyan, Lao".
Onu da bildirək ki, mahının müəllifi olan "Arabo" uzun illər Osmanlıya qarşı döyüşən terrorçu olub. Tiflisdə "Daşnaksütun" təşkilatının qurucularından olub. Ermənilər "Arabo"nu özlərinin milli qəhrəmanına çeviriblər. Hətta Qarabağ müharibəsi zamanı xaricdən gələn erməni terorçulardan ibarət qrupa da "Arabo"nun adını qoyublar.
Qeyd edək ki, bu, Sputnik"in baş redaktorunun Türkiyə və Azərbaycan əleyhinə olan ilk paylaşımı deyil. Daha əvvəl də Siponyan bu cür milliyətçi paylaşımlar edib. Bir qədər əvvəl "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Marqarita Simonyanın paylaşdığı şəkilə rəy yazanlar bildiriblər ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib. "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar