Xəbər lenti
Doqquz yaşlı universitet məzunu
Laurent Simons adlı vunderkind 9 yaşında elektrotexnik ixtisası üzrə universitet məzunu olmağa hazırlaşır. Laurent maraqlı göstəriciləri ilə diqqəti cəlb edir. Belə ki, o, 6 yaşında ibtidai sinifi, 8 yaşında isə tam orta məktəbi bitirərək 2018-ci ilin yayında Eindhoven Texniki Universitetinin tələbəsi adına layiq görülüb.
Manevr.az xəbər verir ki, Laurent öz yaşına görə təhsil istiqaməti üzrə rekordları təzələyib və onun İQ (intellekt səviyyəsi) göstəricisi minimum 145 rəqəmi ilə qiymətləndirilib. Hətta onun İQ göstəricisiləri 76 rəqəmi ilə qiymətləndirilən astrofizik Stefan Havkin və Nobel mükafatçısı Albert Eynsteynlə müqayisə edilir. Laurentin elmi rəhbəri, professor Peter Baltus bildirir ki, universitetin ondan gözləntiləri çox yüksəkdir. Laurent dərs materiallarını evə apararaq heç bir dəstək almadan ən qısa vaxtda hazırlayıb təhvil verir. Bu, çox heyrətamizdir.
Laurent hazırda beyin hüceyrələrinin reaksiyasının ölçülməsi məqsədilə hazırlanan mikro-cip üzərində çalışır və bu sahədə araşdırmasını davam etdirmək istəyir. O deyir: “Mən elə bir şey yaratmaq istəyirəm ki, insanın ömrünü uzada bilsin”. Bu hər hansısa süni orqan da ola bilər. Laurent doktorluq elmi dərəcəsini əldə etməyi planlaşdırır və hazırda onun üçün doktorantura proqramı müəyyənləşdirilir. Onun bundan sonrakı araşdırmasını ABŞ və ya Almaniyada davam etdirməsi gözlənilir.azedu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar