Xəbər lenti
İtaliyada pulsuz evlər paylanılır
Məlumdur ki, İtaliyada daşınmaz əmlakın qiymətləri çox bahadır. Məsələn, Siciliya adasında evlərin qiyməti 133 min avrodan başlayaraq 2,8 milyon avroyadək dəyişir. Lakin elə bu adada pulsuz evlər də paylanılır.
Manevr.az Azərtac-a istinadən bildirir ki, Siciliyanın mərkəzində yerləşən və orta əsrlərdə tikilmiş Kammarata şəhərində bu pulsuz evlər əldə etmək mümkündür. Lakin burada bəzi nüanslar var.
Belə ki, pulsuz ev əldə etmək istəyənlər 3 il ərzində onu rekonstruksiya etməlidirlər və bunun üçün artıq dəqiq plan olmalıdır. Rekonstruksiya evin xarici ilkin görünüşünü dəyişməməlidir. Təmir qiymətləri isə həddindən artıq bahadır. Bazar qiymətlərinə əsasən, şəhərdə bir kvadratmetrlik sahənin təmiri 700 avro civarındadır. Təmirdən öncə ev sahibi bələdiyyəyə 5 min avro beh ödəməlidir.
Kammarata şəhəri sürətlə boşalır. Hazırda burada 6300 nəfər yaşayır. Evlərin çoxu atılmış və yarımdağılmış vəziyyətdədir. Hazırda 8 ev bağışlanmaq üçün gözləyir. Daha 100 ev atılmış vəziyyətdə bələdiyyənin hesabındadır. Pulsuz ev almaq istəyənlər arasında üstünlük gənc ailələrə verilir. Dünyaya uşaq gətirmək istəyənlərə isə əlavə 1000 avro hədiyyə verilir. Evləri biznes məqsədilə də istifadə etmək olar. Məsələn onları restavrasiya edib hotel halına gətirmək mümkündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar