Xəbər lenti
Hakim:“İddianı təmin etsək bütün oliqarx arvadları bura axın edəcək...”
London məhkəməsi rusiyalı milyarder-oliqarx Vladimir Potaninin keçmiş arvadı Natalya Potaninanın əmlakın bölgüsünə dair iddiasını təmin etməyib.
Manevr.az xəbər verir ki, beləliklə, məhkəmə oliqarxın sərvətinin üçdə birini-6 milyard dolları onun keçmiş arvadına verməyib.
Əgər bu iddia təmin edilsəydi o zaman Böyük Britaniya tarixində ən bahalı əmlak bölgüsü olacaqdı. “Daily Mail” və “Bloomberg” xəbər verir ki, hakim Natalya Potaninanın iddiasının təmin edilməməsini maraqlı arqumentlə əsaslandırıb. “Əgər biz bu şikayəti təmin etsək o zaman boşanma turizminin qarşısında praktiki olaraq heç bir maneə qalmayacaq, bütün zənginlər və ya onların arvadları boşanmaq üçün Londona üz tutacaq”,-hakim bildirib.
Natalya Potanina iddiasında göstərirdi ki, Rusiya məhkəməsinin qərarı ilə ərindən boşanıb, amma onun sərvətindən cəmi 41.5 milyon dollar ala bilib. Potanin isə məhkəmədə həmin təzminatın 84 milyon dollar olduğunu göstərib. Oliqarx məhkəmə prosesində şəxsən iştirak etmək üçün Londona gedib.
Oliqarxın arvadı hesab edir ki, Potanin 18 milyard dollarlıq sərvətini onların 31 illik birgə nigahı dövründə qazanıb və deməli sərvətin bu cür bölgüsü ədalətli deyil. İngiltərə standartlarına görə isə, ümumiyyətlə “heç nədir”.
Bu baxımdan Natalya Potanina məhkəmənin qərarından məyusdur və apellyasiya şikayəti verəcək. Məhkəmə çəkişməsində Vladimir Potaninin maraqlarını “madam Şepoklyak” ləqəbli (multfilm qəhrəmanı) məşhur və qalmaqallı vəkil, baronessa Fiona Şeklton müdafiə edirdi.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar