Xəbər lenti
Trampdan səmimi etiraf: “ABŞ-ı Suriyada ancaq neft maraqlandırır...”
ABŞ prezidenti Donald Tramp Ştatların Suriya sərhədlərini qorumaq istəyi yoxdur. Bununlıa belə, onlar Suriyanın neft ehtiyatlarına nəzarəti əldə saxlamağa çalışırlar.
Manevr.az xəbər verir ki, Tramp Amerikanın həm kürd silahlı qrupları, həm də Türkiyə ilə Suriya ərazisindəki qarşılıqlı əlaqələrini davam etdirdiyini də vurğulayıb.
"Biz nefti əlimizdə saxladıq. Açığını desəm, başqaları Suriyada sərhədləri qoruya bilərlər. Türkiyə minillərdir orada vuruşur. Qoy sərhədlə onlar məşğul olsunlar”, - amerikalı siyasətçi əlavə edib.
Tramp həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona gəlməyi planlaşdırdığını da qeyd edib:
"Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Bizim onunla çox yaxşı əlaqələrimiz var”.
Xatırladaq ki, Donald Tramp Suriyadakı hərbi əməliyyata görə Türkiyəyə qarşı sanksiyalara imza atıb. Vaşinqton Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin adını qara siyahıya salıb./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar