Xəbər lenti
Türkiyə Trampa görə bunu edəcək - Nazir AÇIQLADI
“ABŞ prezidenti Donald Trampa görə, F-35 qırıcı təyyarələrinin istehsalı layihəsinə geri qayıda bilərik”.
Bunu "Əl-Cəzirə" telekanalına müsahibəsində Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, layihəyə geri qayıtmaqla bağlı işlər aparılır.
Çavuşoğlu Türkiyə lirəsinə qarşı hücumlarla bağlı isə bunları deyib: “Bunu edənlər hər dəfə Türkiyə valyuta bazarından zərərlə çıxdı. Türkiyə iqtisadiyyatı güclüdür, dinamikdir. Təkbaşına heç bir ölkə Türkiyə iqtisadiyyatını yıxa bilməz. Yox edə bilməz. Biz bu təhdidlərdən qorxsaydıq, əməliyyatlara başlamazdıq”.
Qeyd edək ki, ABŞ Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün F-35 layihəsindən kənarlaşdırmaqla hədələmiş, həmçinin, prezident Donald Tramp Suriyaya “Barış pınarı” hərəkatını təşkil etdiyi üçün Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid etmişdi.
Hazırda Türkiyənin Rusiyadan 48 ədəd Su-35 qırıcı təyyarələri alması məsələsi gündəmdədir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar