Xəbər lenti
Bu evdə heç kim 10 saatdan çox qala bilmir: Çıxışı tapana 20 min dollar verilir - Şəkillər
ABŞ-ın Tennessi ştatında yaşayan Rass Makkeminin evinə gələn çoxdur. Onun “dünyanın ən qorxulu evi” adlandırılan taxta iqamətgahına planetin müxtəlif yerlərindən üz tuturlar.
Manevr.az xəbər verir ki, Makkeminin qorxu dolu evində heç kim 10 saatdan çox qala bilmir. Çıxışı tapana ev sahibi 20 min dollar mükafat da vəd edir.
Makkeminin evinə girmək üçün ən azı 21 yaşınız olmalıdır. Sizə əvvəlcə 40 səhifəlik razılıq sənədi oxutdurulur. Bundan sonra tibbi müayinədən keçirsiniz. Sığortanız varsa və ev sahibinin iti üçün bir qutu yemək gətirmisinizsə, içəri girə bilərsiniz.
Hər şey sizə asan görünməsin. Birincisi, Makkemi işini yaxşı qurub. Əvvəlcə içəri daxil olan şəxsə qarşıda onu gözləyən dəhşətlərlə bağlı video izlətdirirlər. İkincisi, orada qonağı böyük sürprizlər gözləyir. Müxtəlif aktyorlar qorxulu ab-hava yaradır. Xeyli sınaqdan keçmək lazım gəlir. İş orasındadır ki, sizi qorxudan aktyorlara heç bir reaksiya vermək olmaz. Bu işi lap çətinləşdirir. İçəridə az qalır ki, ürəyiniz dayansın.
İndiyə qədər bu mərhələləri uğurla keçən olmayıb. Makkeminin evinə daxil olmaq istəyənlərin sayı isə dayanmadan artır. Bu dəqiqə gözləmə siyahısında 24 min nəfərin adı var.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar