Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türk ordusu BUNU DA BACARDI: ərəblər üsyan qaldırdı, edamlar başladı

Tarix: 28-10-2019 11:39     Baxış: 2238 A- / A+
Türk ordusu BUNU DA BACARDI: ərəblər üsyan qaldırdı, edamlar başladı


PKK terror təşkilatının ABŞ-la əlaqə yarada bilməsi üçün qurulan Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin həyata keçirdiyi “Barış pınarı” hərəkatından sonra dağılmağa başlayıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, PKK-nın hərəkat keçirilən bölgədəki bəzi mövqelərini Bəşər Əsəd rejiminə verməsinə qarşı çıxan ərəb militanlar təşkilatı tərk etməyə başlayıb. SDQ əsgərlərinə maaş verməkdə çətinlik çəkir. Deyr-əz-Zor, Münbiç və Hasekidə daxili üsyanlar başlayıb.

Deyr-əz-Zor qarşı çıxdı

Hərəkatın başladığı gündən etibarən təşkilatda böyük çatlaqlar əmələ gəlib. Deyr-əz-Zorda hərbi şuranın üzvləri PKK-nın şəhəri təhvil vermə qərarını tanımadığını bildirərək müqavimət göstərib. Şuranın komandiri Əbu Həvlə ''PKK/YPG ilə Əsəd arasında razılaşma əldə olduğunu düşünmədiklərini, rejimin əllərindəki şəhərlərə girməsinə icazə verməyəcəklərini deyib.

İran protest edildi

Şəhərin 4 kəndində həm Əsəd və İran dəstəkli milisləri, həm də PKK-nı protest edilib. Üsyanlar ötən gün də davam edib.

Münbiçdə üsyan dalğası


YPG-dən asılı olan Cəyşül Suvar rejim qüvvələrinin Münbiçə girməsinə qarşı çıxaraq Rakkaya doğru çəkilib. Münbiç hərbi şurası lazım gəlsə, silahlı mübarizə edəcəklərini terror təşkilatına bildirib. Təşkilatın ərəb üzvləri türk ordusundan yardım istəyib.

Təsdiq olundu

SDQ-nin “Fatehin sultanları” qrupunun komandiri Şahin Veys ərəblərin getməsinin səbəbinə belə aydınlıq gətirib: “Xüsusilə, PKK/YPG cəbhələrindəki çox sayda ərəb təşkilatdan ayrılıb. Bunun təməlində təşkilatın gəlirlərini itirməsi və ərəb tayfalarına təşkilat daxilində edilən təzyiqlərdir”.

Maaş yox, edam var!

Hasekidə də təşkilat qan itirir. Onlarla ərəbin ayrılmasından sonra edamlar başlayıb. Yəğrubiyədə təşkilatdan ayrılmaq istəyən 5 nəfər edam olunub. Təşkilatın ən böyük ikinci problemi isə maliyyədir.

“Barış pınarı” hərəkatından sonra Əsəd rejiminə verilən bölgələrdə yaşayan xalqın 60%-i rejimi istəmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar