Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Mən hansısa hərif deyiləm" - Zelenski Donbasda könülllü taborun əsgərləri ilə mübahisə etdi

Tarix: 26-10-2019 23:11     Baxış: 3274 A- / A+
"Mən hansısa hərif deyiləm" - Zelenski Donbasda könülllü taborun əsgərləri ilə mübahisə etdi

Ukrayna prezidenti Vladimir Zelenski iki gündür Donbasda, münaqişə bölgəsindədir.

Dövlət başçısı burada Luqansk vilayətinin Zolotoye qəsəbəsinə baş çəkib. Həmin bölgə yeni ortaya atılan , “Ştaynmayer formulu”na görə qoşunların qarşılıqlı şəkildə çəkiləcəyi məntəqələrdən sayılır.

“İnterfaks” agentliyinin məlumatına görə, prezident burada könüllü əsgərlər tərəfindən xoş qarşılanmayıb və hətta onlarla mübahisə edib.

Belə ki, hərbiləşdirilmiş birliyin iştirakçıları Nikolayevsk əyalətinin qubernatoru Aleksandr Stadnik vasitəsilə “Təslimiyyətə son” aksiyası çərçivəsində məktub ötürdüklərini deyiblər.

Son söz isə prezidenti özündən çıxarıb. “Burada kim təslimiyyətdən danışa bilər. Qulaq as, mənim 42 yaşım var və bu ölkənin prezidentiyəm, hansısa hərif də deyiləm (prezident Zelenski bu sözü rusca “lox” kəlməsi ilə ifadə edib-red.)

Bundan başqa o, tək istəyinin Donbasda sülhə nail olunmasından ibarət olduğunu söyləyib.

Ukrayna liderinin könüllülərlə mübahisəsi bundan sonra da bir qədər yüksək tonla sürüb və Vladimir Zelenski müşavirləri ilə birlikdə qəsəbəni əsəbi halda tərk edib.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar