Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xərçəngdən qoruyan SINANMIŞ ÜSULLAR – Tanınmış onkoloqun tövsiyələri

Tarix: 25-10-2019 11:03     Baxış: 3226 A- / A+
Xərçəngdən qoruyan SINANMIŞ ÜSULLAR – Tanınmış onkoloqun tövsiyələri


Tanınmış rusiyalı onkoloq professor Nikolay Jukov xərçəngdən qoruya biləcək sınanmış və təsdiq olunmuş üsulları haqqında məlumat verib.

Manevr.az xəbər verir ki, professorun sözlərinə görə bu üsullardan biri bədən çəkisini daim normada saxlamaqdır. Tibdə sübut olunub ki, artıq çəki süd vəzi, uşaqlıq, yumurtalıqlar, yoğun bağırsaq, mədəaltı vəz, böyrəklər, mədə, qaraciyər xərçənginin riskini artırır.
Həmçinin onkoloq qeyd edib ki, siqaretdən imtina etmək ağciyər, dodaq, qırtlaq, sidik kisəsi, qan və bir çox digər xərçəng növlərinin riskini azaldır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qırmızı ət və emal olunmuş ətin (sosis, kolbasa və s.) çoxlu miqdarda istehlakını kanserogen faktor hesab edir. Qıdalanmada qırmızı ətin azaldılması və emal olunmuş ətdən imtina xərçəngin riskini azalda bilər.

Professor Jukovun sözlərinə görə, istənilən miqdarda istənilən spirtli içkilər xərçəngin riskini artırır. Bu səbəbdən onlardan imtina etmək lazımdır.

Həmçinin mütəxəssis yuxu rejiminə əməl etməyi, magistral avtomobil yollarından mümkün qədər uzaqda yaşamağı və ultrabənövşəyi şüalanmanı azaltmağı tövsiyə edir.

Professorun sözlərinə görə bu sadə üsullar xərçəngin riskini xeyli azalda bilir. (saglamolun.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar