Xəbər lenti
Aleksandr Lukaşenko bir vaxtlar Nazarbayev üçün “pivədaşıyanlıq” etdiyini deyib
Belarus prezidenti Aleksandr Lukaşenko bir vaxtlar, yəni dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev üçün məcazi mənada “pivədaşıyanlıq” etdiyini deyib.
Bu barədə o, “Xabar” agentliyinə verdiyi müsahibədə bildirib.
“Mən həmin vaxt daha təcrübəli isimlərlə rastlaşdım. Cəmi 40 yaşım vardı, amma orada Nursultan Nazarbayev, Rusiyanın birinci prezidenti Boris Yeltsin, Özbəkistanın birinci prezidenti İslam Kərimov kimi ağsaqqallar var idi. Onların yanında Tacikistanın prezidenti Emomoli Rahmonla birlikdə biz bir növ yeniyetmə sayılırdıq. Burda nə var ki, necə deyərlər, lap onlar üçün “pivədaşıyanlıq” da etmişik”,-deyə Belarus lideri zarafatla qeyd edib.
Aleksandr Lukaşenko Nursultan Nazarbayev haqqında xatirələrini bölüşüb. O, Qazaxıstan liderini özünə sanki eyni kənddə doğulmuş bir həmyerlisi qədər yaxın hiss etdiyini deyib.
“Biz həmişə bir-birimizə “sən” deyə xitab etmişik, hətta ana söyüşü də söymüşük, başqalarının eşitməməsi üçün bir-birimizin qulağına nəyisə pıçıldamışıq, yəni hər şeydə qarşılıqlı anlaşmada olmuşuq. Mən indi də onunla dostluğumu yüksək qiymətləndirirəm”,-deyə dövlət başçısı söyləyib.
Qeyd olunur ki, ötən ilin dekabrında Aleksandr Lukaşenko mətbuatla necə davranmağın yolunu Boris Yeltsindən öyrəndiyini bildirən cümlələr işlədib.
“Mən yeni prezident olanda hər qələmin cızıltısına reaksiya verirdim. Bir dəfə, yeganə içki masasında əyləşdiyim adam olan Boris Yeltsinlə söhbətdə o, mənə dedi: “Sən bəyəm qəzet oxuyur və televizora baxırsan?”. MəhzYeltin mənə tənqidə daha bəsit reaksiya göstərməyin yolunu öyrədib”,-deyə Belarusun avtoritar lideri vurğulayıb.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar