Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistana etiraz notası verəcək

Tarix: 24-10-2019 09:10     Baxış: 3187 A- / A+
Rusiya Ermənistana etiraz notası verəcək

Rusiya, ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası göndərəcək.

Manevr.az xəbər verir ki, şirkət cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistanda silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.

Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən Ermənistanın Müdafiə naziri David Tonoyana göndərilən notada deyilir ki, ORSIS-in bu tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib və şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin “etibarsız təchizatçılar siyahısı”na daxil edilib.

Sənəddən də görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gələrsə müqaviləni imzalamaqdan imtina edərsə belə kompensasiya ödəməli idi.

“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirəsiniz və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, sənəddə deyilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar