Xəbər lenti
Erməni KİV: Koçaryana qarşı ifadə vermədi, işdən çıxarıldı
Ermənistan hökuməti “Araqast” kafesində Poqos Poqosyanın öldürülməsi ilə bağlı ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı yeni şahidlər “tapmağa” çalışır.
Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqori Ayrapetov da keçmiş prezident Robert Koçəryana qarşı ifadə verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.
Əldə olunan məlumatda iddia edilir ki, Ayrapetovdan eks-prezident Robert Koçəryanın əleyhinə ifadə verərək, Poqosyanı döymək əmrini verməsini xatırladığını söyləməsi tələb olunub.
Ancaq Ayrapetov inkar edərək bunun həqiqətə uyğun olmadığını bildirib. Ayrapetova hökumətin ona verdiyi bugünkü səlahiyyətləri nəzərə alması bildirilsə də, o, təkidlə siyasətə qarışmaq istəmədiyini söyləyib.
Qeyd edək ki, Ayrapetovun işdən çıxarılması barədə əmr oktyabrın 15-də imzalanıb. O, bu vəzifəyə 2018-ci ilin iyununda Qraçya Arutyunyanın yerinə təyin edilmişdi. Bundan əvvəl, Ayrapetov üç keçmiş prezidentin, eləcə də hazırkı baş nazir Nikol Paşinyanın şəxsi mühafizəçisi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar