Xəbər lenti
Tarixdə ilk: İki qadın açıq kosmosa çıxdı
Tarixdə ilk dəfə iki qadın astronavt açıq kosmosa çıxıb.
Manevr.az xəbər verir ki, NASA-nın astronavtları Kristina Kuk və Cessika Meir oktyabrın 18-də Beynəlxalq Kosmik Stansiyanın enerji sistemində bloklardan birini dəyişmək üçün onun göyərtəsindən açıq fəzaya çıxıblar. Bu proses NASA-nın saytında canlı yayımlanıb. Bakı vaxtı ilə 15:37-də “Quest” şlüzünün lyuku açılıb və qadın astronavtlar açıq kosmosa çıxıblar. Onlar ötən həftə sıradan çıxmış blokun yenisi ilə əvəzlənməsi üçün burada altı saat çalışacaqlar. Kuk artıq son iki həftədə üç dəfə açıq kosmosa çıxıb.
NASA-nın məlumatında qeyd olunur ki, blokun nasazlığı Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində aparılan elmi eksperimentlərə və ekipajın təhlükəsizliyinə heç bir təsir göstərməyib. Eyni zamanda, onun sıradan çıxması nəticəsində stansiya oktyabrın 6-da və 11-də açıq kosmosa öncəki iki çıxış zamanı quraşdırılmış yeni litium-ion batareyalarından əlavə enerji ala bilmir.
Xatırladaq ki, sovet kosmonavtı Svetlana Savitskaya 1984-cü ildə açıq kosmosa çıxan ilk qadın olub.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar