Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sahibini izləyən robot-çamadan təqdim edilib - VİDEO

Tarix: 17-10-2019 08:09     Baxış: 3303 A- / A+
Sahibini izləyən robot-çamadan təqdim edilib - VİDEO

İtaliyanın "Vespa" motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən "Gita" yük robotunun təqdimetmə tarixini və qiymətini açıqlayıb. Hər yerdə öz sahibini müşayiət edən mexanikləşdirilmiş yükdaşıyan noyabrın 18-dək satışa çıxarılacaq. ABŞ-da onun qiyməti 3250 dollar təşkil edir.

Manevr.az "ICTnews"a istinadən xəbər verir ki, yenilik "Vespa"nın innovativ layihələr laboratoriyası "Piaggio Fast Forward" tərəfindən işlənib hazırlanıb. 18 kq-lıq yük bölməsi ilə təchiz edilmiş "Gita" robotu kiçikölçülü yüklərin (məhsullar, elektronika, uşaq və ev heyvanları üçün oyuncaqlar) daşınması üçün düşünülüb.

Bu model avtonom deyil və ətraf mühitdə özü müstəqil hərəkət edə bilmir. "Gita" məxfilik baxımından irəlidə gedən istənilən insanı izləyir.

Sferik formalı robot-çamadan ilk növbədə şəhər şəraitində istifadə üçün nəzərdə tutulub, səki və velosiped yolları kimi bərk səthlərdə daha yaxşı hərəkət edir. "Gita" robotu qum, qar və ya palçıqda ilişib qala bilər, nərdivana dırmaşa bilmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar